Toyota, Avropadakı ən müstəsna müştəri xidməti təklif edən rəsmi dilerlərdən biri olan Toyota Gəncə Mərkəzini mükafatlandırıb
"Toyota" 2024 Olimpiya və Paralimpiya oyunları fonunda ən yaxşı performans göstərən 46 rəsmi dileri təbrik edib.
Bundan əlavə, beş diler "Sabahın Ön xətti", "Müştəri Mükəmməlliyi", "Seçilən İşəgötürən", "Cəmiyyətə Töhfə" və "Xidmət Mobilliyi Provayderi" daxil olmaqla beş istiqamət üzrə "Daim İrəlidə" kateqoriyasında önə çıxıb.
"Ichiban" yapon dilində "bir nömrəli" deməkdir. Bu, eyni zamanda "Toyota Motor Europe"un hər il öz müştərilərinə xüsusi dəyər qatan dilerlərinə verdiyi mükafatın da adıdır.
Hər il 2500-dən çox diler "Şəhərin Ən Yaxşı Dileri" adını almaq üçün bir-biri ilə yarışır. Bu il 35 ölkəni təmsil edən 46 diler sahib olduqları "İlk öncə müştəri" düşüncəsinə görə fəxri adla təltif olunublar.
Toyota Gəncə Mərkəzi-də müştəri məmnuniyyətini ön planda tutan 46 dilerdən biri olmağı bacarıb. “Ichiban” mükafatına layiq olmaq üçün satış və satış sonrası prosedurlarda müştəri məmnuniyyətini, rahatlığını əsas tutan Toyota Gəncə Mərkəzi “Hər kəs üçün xoşbəxtlik” missiyasını uğurla yerinə yetirib.
Müştərilərin bütün ehtiyaclarını dinləyərək onların təhlükəsiz və rahat hərəkətini ən uyğun və innovativ formada təmin edib.
